Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

İtkin şəhidlərimizlə vida mərasimi Fotolar + Yenilənib

Tarix: 29-10-2025 12:09     Baxış: 1 015

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Azər Zirəddin oğlu Bayramovla vida mərasimi keçirilib.

Mubarizciler.az “Report”a istinadən xəbər verir ki, Bakının Xətai rayonunda mərhumun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Suraxanı rayonu “Dədə Qorquq” qəbiristanlığındakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhid Azər Bayramov 24 iyun 1973-cü ildə Bakının Xətai rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. A.Bayramov 8 may 1992-ci ildə Şuşa şəhərində itkin düşmüş hesab edilirdi.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Rafael Sultan oğlu Abbasovla da vida mərasimi keçirilib.

Mərasim şəhidin ailə üzvlərinə məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsində olan evdə baş tutub.

Tədbirdə mərhumun yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Suraxanı rayonu Dədə-Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar