Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Braziliya Federativ Respublikasına rəsmi səfər edib Fotolar

Baş prokuror beynəlxalq tərəfdaşlarla hüquq sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Braziliya Federativ Respublikasına rəsmi səfər edib.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev Braziliya, İspaniya və Portuqaliya Baş prokurorları ilə ikitərəfli görüşlər keçirib.
Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Braziliya Federativ Respublikasının Baş prokuroru Paulo Qonet ilə keçirilmiş görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə, ətraf mühitin mühafizəsi, iqlim cinayətlərinə qarşı birgə fəaliyyətin gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi və cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sorğularının icra vəziyyəti müzakirə olunub. Görüşdə, həmçinin, Baş prokuror AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinin istintaqı çərçivəsində göstərilmiş səmərəli əməkdaşlığa görə qarşı tərəfə təşəkkür edib. Portuqaliya Respublikasının Baş prokuroru Amadeu Quera ilə keçirilmiş görüşdə Baş prokuror Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparıldığını qeyd edib və bu sahədə Portuqaliyanın müsbət təcrübəsinin öyrənilməsi və tətbiqinə maraqlı olduqlarını bildirib. Səfər çərçivəsində Çin, Rusiya, Paraqvay və digər ölkələrin nümayəndə heyətləri ilə də görüşlər keçirilib. Qarşılıqlı anlayış və etimad əsasında keçirilən görüşlər zamanı tərəflər qurumlararası əməkdaşlığın gələcək inkişafı və genişləndirilməsini müzakirə ediblər.
Görüşlərdə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfirinin müşaviri Rafiq Rüstəmov da iştirak edib.
Nümayəndə heyətinin Braziliyaya səfəri uğurla başa çatıb.

Xəbəri paylaş






































0772703001 