Xəbər lenti
21-10-2025, 14:40
 

Daha 16 itkin şəhidimiz dəfn ediləcək Fotolar

Tarix: 27-10-2025 13:14     Baxış: 5 915

28-31 oktyabr tarixlərində 16 itkin şəhidimiz dəfn ediləcək.

Mubarizciler.az xəbər verir ki, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, oktyabrın 28-i saat 12:00-da Abdulla Novruz oğlu Quliyev Abşeron rayonu, Saray qəsəbəsi qəbiristanlığında, saat 12:30-da Lətif Qəribalı oğlu Şahhüseynov Sumqayıtda yerləşən Şəhidlər xiyabanında, saat 13:00-da isə Mübariz Ağahüseyn oğlu Şahmurov Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında, həmçinin oktyabrın 29-u saat 12:00-da Rəfael Sultan oğlu Abbasov və İlham İmdad oğlu Mehdiyev, saat 13:00-da Əliyar Fərrux oğlu Əliyev, saat 14:00-da isə Azər Zirəddin oğlu Bayramov Bakı şəhəri, Suraxanı rayonu, “Dədə Qorqud” qəbiristanlığı-Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd olunub ki, oktyabrın 30-u saat 12:00-da Elçin Balaxan oğlu Quliyev Bakı şəhəri, Suraxanı rayonu, “Dədə Qorqud” qəbiristanlığı-Şəhidlər Xiyabanında, saat 13:00-da Fikrət Abbas oğlu Əzizov Bakı şəhəri, Qaradağ rayonu, “Sofi Həmid Piri” qəbiristanlığında, saat 14:00-da Cəmil Nizami oğlu Rəhimov Şirvan şəhəri Şəhidlər Xiyabanında, saat 15:00-da Aydın Nəriman oğlu Nuriyev Göyçay rayonu, Mırtı kənd qəbiristanlığında, həmçinin oktyabrın 31-i saat 12:00-da isə Çingiz Usub oğlu HüseynovSəfər Qarsalan oğlu Qəmbərov Xocalı şəhəri - Şəhidlər Xiyabanında, həmçinin Mikayıl Atababa oğlu Əliyev Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsindəki yeni məzarlıqda, saat 13:00-da Teymur Qüdrət oğlu Allahverdiyev Neftçala rayonu Qaçaqkənd kənd qəbiristanlığında, saat 14:00-da isə Elçin Ağamməd oğlu Heydərov İmişli rayonu Ağaməmmədli kənd qəbiristanlığında dəfn ediləcək.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar