Xəbər lenti

Ağstafada uşaq hüquqları ilə bağlı maarifləndirici tədbir keçirilib Fotolar

Tarix: 30-10-2025 10:58     Baxış: 1 022

Ağstafada “Uşaq hüquqları” aylığı çərçivəsində “Şagird davranış qaydaları, dini radikalizm, erkən nikahlar, narkomaniyaya qarşı mübarizə və məişət zorakılığı” mövzusunda növbəti maarifləndirici tədbir təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, Sadıqlı kənd tam orta məktəbində keçirilən tədbir Ağstafa Rayon İcra Hakimiyyəti, Rayon Prokurorluğu, Rayon Polis Şöbəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. RİH başçısı Seymur Orucov çıxışında sağlam və mənəvi dəyərlərə sadiq nəslin formalaşmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib.Tədbirdə Rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov və rayon prokuroru Anar Cəfərov çıxış edərək dini radikalizm, erkən nikahlar və narkomaniyaya qarşı mübarizənin əhəmiyyətindən danışıblar, bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı aparılmasının vacibliyini vurğulayıblar.


Sonda mövzuya dair maarifləndirici videoçarx nümayiş olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar