Xəbər lenti

Qubada Polisin təşkilatçılığı ilə “Sağlam gənclik naminə narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda tədbir keçirilib Fotolar

Tarix: 22-10-2025 22:28     Baxış: 1 057

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Sağlam gənclik naminə narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda Xucbala  kənd tam orta məktəbinin şagirdləri ilə maarifləndirici görüş keçirilib.

Mubarizciler.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, çıxış edən RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovniki Vüsal Rüstəmov narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin həyata keçirdiyi qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verib. O, qeyd edib ki, narkotik aludəçiliyi təkcə həmin şəxsin özü üçün deyil, eləcə də ailəsi və yaxınları üçün faciələrə səbəb olur. Çıxışlarda erkən nikahların səbəb olduğu ağır nəticələrdən, bu kimi neqativ hallara qarşı görülən işlərdən də söz açılıb. Tədbirdə, həmçinin daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verib, Polis Akademiyasında kursantlar üçün yaradılan şərait, təhsil ocağının tarixi və daxili işlər orqanlarında xidmət haqqında məktəblilərin suallarını dolğun şəkildə cavablandırıb. Sonda mövzularla bağlı videoçarxlar nümayiş olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar