Xəbər lenti

Qubada Polis "Narkomaniya ümumbəşəri bəladır!" adlı tədbir keçirdib Fotolar

Tarix: 24-10-2025 14:35     Baxış: 1 204

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qəçrəş kənd tam orta məktəbində antinarkotik təbliğatı çərçivəsində tədbir təşkil olunu.

Mubarizciler.az DİN mətbuat xidmətinə istinadənxəbərverirki,  "Narkomaniya ümumbəşəri bəladır!" devizi altında keçirilən tədbirdə çıxış edən Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev bildirib ki, narkomaniyanın yayılması gələcək nəslin sağlamlığı baxımından ciddi təhlükə törədir. Bu gün ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Şöbə rəisi qeyd edib ki, sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Burada əsas məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmasına nail olmaqdır. Tədbirdə, həmçinin erkən nikahın fəsadlarından da bəhs olunub. Çıxış edən RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovniki Vüsal Rüstəmov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.

Sonda məktəblilərin sualları cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar