Xəbər lenti

Yevlaxda Rəşad Tağıyevin rəhbərliyi ilə müşavirə keçirilib Fotolar

Tarix: 28-10-2025 22:41     Baxış: 693

Yevlax Şəhər İcra Hakimiyyətində 2025-2026-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyətinə dair müşavirə keçirilmişdir.

Mubarizciler.az xəbər verir ki, Müşavirədə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqlar çərçivəsində Yevlaxda görülməsi nəzərdə tutulan işlər barədə məlumat verib və kommunal xidmət strukturlarına payız-qış aylarında yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması üçün hazırlıq tədbirlərini sürətləndirməyi və müşahidə olunan nöqsanları qısa zaman ərzində aradan qaldırmağı tapşırıb.

Daha sonra payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər barədə əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin çıxışları dinlənilib və hazırlıqların vəziyyəti müzakirə olunub.

Müşavirəni yekunlaşdıran Şəhər rəhbəri payız-qış mövsümündə işlərin nümunəvi təşkili, yaranan problemlərin operativ həlli üçün xidmət sahələrinin birgə fəaliyyətinin vacibliyini diqqətə çatdırıb və bu barədə qurumların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar