Xəbər lenti

Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi Foto

Tarix: 30-10-2025 13:28     Baxış: 2 135

Ramiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordenindən və digər fəxri adlardan məhrumedilmə prosesinə start verilib.

Mubarizciler.az Bakupost.az-a istinadən xəbər verir ki, Prezident.az saytında Ramiz Mehdiyevlə bağlı bütün məlumatlar silinib. Saytın axtarış sistemində onun adı üzrə sorğu verilərkən heç bir nəticə çıxmır.

Saytın arxiv hissəsində Mehdiyevə “Heydər Əliyev” ordeninin təqdim edilməsi ilə bağlı 23 oktyabr 2019-cu il tarixli sərəncam və Prezident İlham Əliyevin ordeni şəxsən təqdim etdiyi video da artıq açılmır.

Adların geri alınması ilə bağlı sərəncam verilməsə də, bu, prosesin başladığını göstərir. Rəsmi sərəncamın məhkəmədən sonra veriləcəyi gözlənilir.

R.Mehdiyev Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə sahibdir. Belə ki, o, 2008-ci ildə “İstiqlal" ordeni, 2013-cü ildə “Şərəf” ordeni, 2018-ci ildə “Şöhrət” ordeni, 2019-cu ildə “Heydər Əliyev ordeni” ilə təltif olunub.

Xatırladaq ki, Ramiz Mehdiyev hazırda dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar