Xəbər lenti

Anar Məmmədov Kəngərli kəndində vətəndaşları qəbul etdi Fotolar

Tarix: 30-10-2025 15:14     Baxış: 1 498

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Kəngərli kəndində vətəndaşları qəbul edib.

Mubarizciler.az xəbər verir ki, qəbulda millət vəkili ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov iştirak edib.

Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, pay və həyətyanı torpaq sahələrinin suvarılması, maddi yardım, ünvanlı sosial yardım, içməli su ilə təmin olunma və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.

Onların müraciətləri Anar Məmmədov tərəfindən diqqətlə dinlənilib, deputat sorğularının göndəriləcəyi, vətəndaşların problemlərinin həlli üçün aidiyyəti orqanlar qarşısında məsələlərin qaldırılacağı vurğulanıb, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar