Xəbər lenti

Deputat şəhid ailələrini ziyarət etdi Fotolar

Tarix: 27-10-2025 14:22     Baxış: 1 729

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Kəngərli kəndində şəhid ailələrini ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, Anar Məmmədov əvvəlcə birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan Şəhidlər abidəsini ziyarət edib, əziz şəhidlərimizin ruhunu ehtiramla yad edib.

Ziyarətdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələrinin üzvləri, qazilər və ağsaqqallar iştirak edib.

Anar Məmmədov şəhid ailələri ilə görüş zamanı qeyd edib ki, canlarını fəda edən igidlərimizin qəhrəmanlıqları heç vaxt unudulmayacaq. Dövlətimiz və xalqımız hər zaman onların müqəddəs xatirəsini yaşadacaq. Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısından söz açan deputat, əlavə olaraq bildirib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində bundan sonra da geniş tədbirlər görüləcək.

Daha sonra milllət vəkili Kəngərli kəndindən olan şəhid Məmmədov Səbuhi Zahid oğlunun ailəsində olub, şəhidin ailə üzvlərinə başsağlığı verib, onların problemləri ilə maraqlanıb.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar