Xəbər lenti

Daşkəsəndə “Narkotikə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib Fotolar

Tarix: 31-10-2025 17:41     Baxış: 1 064

“Bir gənci narkotikdən uzaq saxlamaq – bir ailəni, bir gələcəyi qorumaq deməkdir”

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2 saylı tam orta məktəbində “Narkotikə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayon prokuroru, baş ədliyyə müşaviri Şahin İmanov, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Çıxış edən RPŞ-nin rəisi polis polkovniki Məhəmməd Əhmədbəyli gənclər arasında narkotik vasitələrin fəsadlarından danışaraq bildirib ki, bu bəla ilə mübarizə yalnız hüquqi deyil, həm də mənəvi məsələdir. Polis rəisi vurğulayıb: “Bir gənci narkotikdən uzaq saxlamaq – bir ailəni, bir gələcəyi qorumaq deməkdir.” Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov və rayon prokuroru, baş ədliyyə müşaviri Şahin İmanov çıxış edərək gəncləri sağlam həyat tərzinə sadiq qalmağa, zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Tədbirin sonunda məktəblilərə narkotiklərin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlərlə bağlı maarifləndirici materiallar təqdim olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar