Xəbər lenti

Xocalıda qalıqları tapılan 7 nəfərlə VİDA MƏRASİMİ

Tarix: 31-03-2024 10:47     Baxış: 3 598

Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərlə vida mərasimi keçirilib.

Mubarizciler.az xəbər verir ki, mərasim Bərdə rayonundakı məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutur.

Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Daha sonra kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında dəfn ediləcək.

 

Dəfn olunacaq şəxslər aşağıdakılardır:

 

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il;


2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il;


3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il;


4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;

5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il;


6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il;


7. Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar