Xəbər lenti
24-11-2024, 19:50
 
18-11-2024, 12:06
 

Elçin Tağıyev: Xoşbəxt gələcəyimizə, işıqlı sabahlarımıza səs verək

Tarix: 06-02-2024 00:23     Baxış: 2 072

7 fevral 2024-cü il Azərbaycan xalqının tarixinə əlamətdar günlərdən biri kimi yazılacaq.

Seçkilərdə fəal iştirak etmək hər birimizin vətəndaşlıq borcudur. 

Bu gün həqiqətən prezidentliyə real namizəd kimi cənab Ilham Aliyevin alternativi yoxdur.

 Məhz İlham Əliyevin illərlə göstərdiyi uğurlu fəaliyyət, xalq və dövlət quruculuğu üçün gördüyü böyük işlər onu əvəzolunmaz şəxsiyyət səviyyəsinə yüksəldib, millətin məhəbbətini, sevgisini və etimadını qazanıb.

 Elə buna görə də, xalq İlham Əliyev i əbədi prezident seçilməsini istəyir.

 Prezident İlham Əliyevin Ulu Öndər, Dahi Lider  Heydər Əliyev kimi dühanın ailəsində böyüməsinin böyük şəxsiyyət kimi yetişməsindəki rolu danılmazdır. 

2003-cü ildə xalqın böyük dəstəyi ilə Prezident seçilən İlham Əliyev demişdir: “Mən hər bir vətəndaşın Prezidenti olacağam”. Prezident arxada qalmış 20 il ərzində sözünə sadiq qaldı, hər bir vətəndaşın sevimlisi oldu. Elə bu sadiqliyin nəticəsidir ki, bu gün təkcə böyüklər deyil, hətta azyaşlı uşaqlar da İlham Əliyevə “mənim Prezidentim” deyə müraciət edirlər.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyatımızın bütün sahələrində uğurlu islahatlar həyata keçirilir.

 Bölgələrimiz durmadan inkişaf edir, rayonlarımız, şəhərlərimiz getdikcə abadlaşır. İlham Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında erməni işğalından azad olunmuş ərazilərimizdə bu gün abadlıq və quruculuq işləri aparılır. Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri ilə yanaşı  addımlayır. 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında daim inkişaf edən ordumuz ən müasir silahlarla təmin olunurdu. Prezident həmişə çıxışlarında bəyan edirdi ki, ordumuzu gücləndirməkdə başlıca məqsədimiz işğal altındakı torpaqlarımızı azad etmək və ölkəmizin ərazi bütövlüyünə nail olmaqdır. Prezident onu da bəyan edirdi ki, biz Qarabağ probleminin qan tökülmədən, sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Amma işğalçılıq siyasəti yürüdən Ermənistan isə danışıqlar prosesini uzatmağa can atır, sülhə gedən yolları bağlayırdı. Bu addımı ilə müharibəni qaçılmaz edirdi.

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ən böyük qələbəsini 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlanan və 44 gün davam edən Vətən müharibəsində qazandı. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan xalqının iftixar və qürur dolu yeni qəhrəmanlıq salnaməsini yaratdı. 

İlham Əliyev 44 günlük Vətən müharibəsinin Baş qəhrəmanına, qalib Sərkərdəsinə çevrildi. Uğurla başlayan Zəfərlə başa çatan Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi qələbə qazanan Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də tarixi ədalətin bərpasına nail oldu. 30 ilə yaxın xəyal olunanlar gerçəkləşdi. İlham Əliyev son 200 il ərzində ilk dəfə torpaqlarımızı azad edən Müzəffər Sərkərdə olduğunu bir daha təsdiq etdi.

19-20 sentyabr 2023-cü ildə ordumuzun Qarabağda uğurla həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinə və bölgədəki separatçılara sarsıdıcı zərbə vuruldu. Bu zərbə qarşısında duruş gətirə bilməyən düşmən ağ bayraq qaldırıb təslim oldu. Qarabağda separatizmə son qoyuldu. Uğurla başa çatan əməliyyatdan sonra Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Əsgəran və başqa yaşayış məntəqələri işğaldan azad olundu.

Prezident İlham Əliyev 15 oktyabr 2023-cü ildə  xalqın böyük dəstəyi ilə Prezident seçildiyinin 20 ili tamam olan gün Xankəndi şəhərinə səfər etdi. Burada Azərbaycan bayrağını dalğalandırdı. Bu addımı ilə Prezident tarix yazdı. Azərbaycanın 30 ilə yaxın müddətində pozulmuş ərazi bütövlüyünü bərpa etdi. Xalqın böyük sevgisini qazanmış İlham Əliyev 20 ildir ki, Azərbaycana rəhbərlik edir. Bu illər, Azərbaycan tarixinə “Möhtəşəm 20 il” kimi düşüb. Hələ bu möhtəşəmliyin, əzəmətin ardı yazılır. Hələ İlham Əliyevin rəhbərliyi altında indən sonra Azərbaycan xalqının tarixinə daha  şərəfli, daha layiqli səhifələr yazılacaq.

Bu gün hamımız böyük inamla Prezident İlham Əliyevə Qalib xalqın Qalib Lideri deyirik.

Bu gün İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, başımızı uca tuturuq. 

Bütün seçiciləri Prezident İlham Əliyevə səs verməyə çağırıram. Xalqımız bilsin ki, İlham Əliyevə səs verməklə sağlam, firavan və xoşbəxt gələcəyimizə səs verəcək. 

Çiçəklənən, daim inkişaf edən Azərbaycan naminə ən düzgün seçimi edəcək. 

Gəlin xoşbəxt gələcəyimizə, işıqlı sabahlarımıza səs verək!


Xoş arzularla: Elçin Tağıyev

Mədəniyyət işçisi, İctimai-fəal, KANAL21-in və Mubarizciler.az xəbər portalının baş redaktoru.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar