Xəbər lenti
15-09-2026, 17:52
 

Şəmkirdə abadlıq işləri davam etdirilir Fotolar + Yenilənib

Tarix: 17-09-2026 16:28     Baxış: 567

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şəmkir şəhərinin şəhərsalma və infrastruktur imkanlarının yaxşılaşdırılması, sakinlərin rahatlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Mubarizciler.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən şəhərin mühüm əhəmiyyət daşıyan küçə və prospektlərində aparılan təmir-tikinti işləri ilə yanaşı, yol və küçələrin işıqlandırılması da diqqətdə saxlanılır. Bu məqsədlə mövcud işıqlandırma sistemlərinin yenilənməsi, istismara yararsız dirəklərin əvəzlənməsi, eləcə də işıqlandırma sistemi olmayan ərazilərdə yeni xətt və avadanlıqların quraşdırılması istiqamətində işlər görülür.

Növbəti tədbirlər çərçivəsində şəhərin Nəriman Nərimanov küçəsində işıqlandırma sistemi qurulub, yeni işıq dirəkləri quraşdırılıb, elektrik xətləri çəkilərək küçənin işıqlandırılması təmin olunub. Görülən işlər həmin ərazidə sakinlərin və nəqliyyat vasitələrinin, xüsusilə axşam və gecə saatlarında daha rahat və təhlükəsiz hərəkətinə şərait yaradıb.

Qeyd edək ki, 2025-ci ildə həyata keçirilən layihə çərçivəsində Şəmkir şəhərinin əsas və işlək küçələrindən biri olan, 1,8 kilometr uzunluğundakı Nəriman Nərimanov (13-cü küçə) küçəsi əsaslı təmir olunaraq yeni asfalt örtüyü çəkilib. Növbəti mərhələdə küçədə abadlıq-quruculuq işlərinin aparılması nəzərdə tutulub.

Şəmkir şəhərində işıqlandırma və digər şəhər infrastrukturu ilə bağlı işlər müəyyən edilmiş tədbirlər planına uyğun olaraq mərhələli şəkildə davam etdirilir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar