Xəbər lenti

Goranboyun İcra başçısı Məhərrəm Quliyev rayonun Veyisli kəndində fermer Kərimov Kamal Cəlal oğluna məxsus intensiv bağçılıq təsərrüfatına baxış keçirdib Fotolar + Yenilənib

Tarix: 11-07-2026 16:20     Baxış: 560

Goranboyda aqrar sahənin inkişafı istiqamətində görülən işlərlə tanışlıq davam edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurla icrasının təmin edilməsi, aqrar sahədə fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyətinin yerində öyrənilməsi, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə görülən işlərin qiymətləndirilməsi və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birbaşa təmasların gücləndirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Veyisli kəndində fermer Kərimov Kamal Cəlal oğluna məxsus intensiv bağçılıq təsərrüfatında oldu.

Mubarizciler.az xəbər verir ki Rayon rəhbəri bağçılıq təsərrüfatının sahibi ilə görüşərək təsərrüfatda yetişdirilən şaftalı, nektarin, gilas və ərik bağlarına baxış keçirərək aqrotexniki qulluq işləri, suvarma sisteminin tətbiqi, məhsuldarlığın artırılması istiqamətində görülən tədbirlər və gələcək inkişaf planları ilə tanış oldu.

Məhərrəm Quliyev görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, dövlət başçısının bu sahəyə göstərdiyi ardıcıl diqqət və qayğı nəticəsində intensiv bağçılıq, müasir suvarma texnologiyalarının tətbiqi, yüksək məhsuldarlığın təmin olunması, ixracyönümlü məhsul istehsalının genişləndirilməsi və fermerlərin dövlət dəstəyi ilə əhatə olunması istiqamətində mühüm nailiyyətlər əldə edilərək, kənd təsərrüfatının davamlı inkişafı üçün əlverişli şərait yaradıldığını bildirdi.

Rayon rəhbəri Goranboy rayonunda da Prezident cənab İlham Əliyevin müəyyən etdiyi aqrar inkişaf strategiyasına uyğun olaraq bağçılıq və digər kənd təsərrüfatı sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə, yeni intensiv bağların salınması və müasir texnologiyaların tətbiqi istiqamətində ardıcıl işlər həyata keçirildiyini vurğulayaraq bu istiqamətdə sahibkarların təşəbbüslərinin dəstəklənməsi və onların fəaliyyətinin genişləndirilməsi rayonun sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini bildirdi.

Sonda fermer Kərimov Kamal Cəlal oğlu aqrar sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar