Xəbər lenti

Goranboyda heyvandarlıq təsərrüfatlarına baxış davam etdirilir Fotolar

Tarix: 09-07-2026 18:55     Baxış: 679

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurla icrasının təmin edilməsi, aqrar sahədə fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyətinin yerində öyrənilməsi, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə görülən işlərin qiymətləndirilməsi və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birbaşa təmasların gücləndirilməsinin davam etdirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Veyisli kəndində fermer Kərimov Kamal Cəlal oğluna məxsus heyvandarlıq təsərrüfatında oldu.

Mubarizciler.az xəbər verir ki, təsərrüfatla tanışlıq zamanı rayon rəhbərinə müəssisənin fəaliyyəti, heyvandarlıq sahəsində əldə olunan nəticələr, mal-qaranın saxlanılması üçün yaradılmış şərait, eləcə də təsərrüfatın gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilərək bildirildi ki, təsərrüfatda heyvanların sağlam saxlanılması, yem təminatının gücləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir, müasir yanaşmaların tətbiqinə xüsusi diqqət yetirilir.

Məhərrəm Quliyev təsərrüfat ərazisində yaradılmış şəraitə baxış keçirərək heyvandarlıq sahəsində məhsuldarlığın artırılması və müasir təsərrüfatçılıq prinsiplərinin tətbiqi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı məqsədilə həyata keçirilən ardıcıl islahatlar, dövlət dəstəyi mexanizmləri və qəbul olunmuş proqramlar kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarların imkanlarını daha da genişləndirdiyini vurğuladı.

Görüş zamanı fermerin fikir və təklifləri dinlənilərək təsərrüfatın inkişaf perspektivləri, istehsalın səmərəliliyinin artırılması və mövcud dövlət dəstəyi mexanizmlərindən daha effektiv istifadə məsələləri ətrafında müzakirələr aparıldı 

Sonda fermer Kərimov Kamal Cəlal oğlu aqrar sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar