Xəbər lenti

Goranboyda qalib idmançılarla görüş keçirildi Fotolar

Tarix: 02-07-2026 11:38     Baxış: 721

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Bakı şəhərində keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında uğur qazanan goranboylu idmançılarla görüşdü.

Mubarizciler.az xəbər verir ki, Rayon rəhbəri gənc idmançıları qazandıqları nailiyyətlər münasibətilə təbrik edərək onların əzmkarlıq və yüksək hazırlıq sayəsində əldə etdikləri uğurların rayonun idman həyatına mühüm töhfə olduğunu vurğuladı. 

Sonda qalib idmançılara icra başçısının fəxri fərmanları təqdim olundu. 

Qeyd edək ki, 19-23 iyun 2026-cı il tarixində Bakı şəhərində keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında Goranboy rayon idmançıları, ağırlıqqaldırma yarışı üzrə Əliyev Nihat Şamo oğlu 71 kq çəki dərəcəsində iki hərəkətin cəmi 202 kq nəticə ilə birinci yer tutaraq qızıl medal, cüdo yarışı üzrə Abbaszadə Ayxan Sabuhi oğlu 60 kq çəki dərəcəsində, Kılıncoğlu Zeynəb Abdullah qızı isə +70 kq çəki dərəcəsində üçüncü yerə layiq görülərək bürünc medal qazanıblar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar