Tərtərin İcra başçısının Hacıqərvənd kəndində səyyar-qəbul görüşü keçirilib Fotolar + Yenilənib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaş müraciətlərinə operativ baxılması, əhalini narahat edən məsələlərin yerində araşdırılması və həlli istiqamətində həyata keçirilən səyyar qəbul görüşləri davam etdirilir.
Yerlərdə keçirilən səyyar qəbullar vətəndaşların müraciətlərinin birbaşa dinlənilməsi, onların problemlərinin yerində öyrənilməsi və həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər eyni zamanda dövlət orqanları ilə vətəndaşlar arasında açıq və səmərəli dialoqun qurulmasına, şəffaflığın təmin olunmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Mubarizciler.az xəbər verir ki, Növbəti qəbul rayonun Hacıqərvənd kənd İƏD üzrə nümayəndəliyinin Hacıqərvənd kəndində keçirilib. Qəbulda icra başçısı ilə yanaşı, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, xidmət sahələrinin nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər.
Sakinlərlə görüşdən əvvəl rayon rəhbəri rəsmilərlə birlikdə Hacıqərvənd kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətləri barədə danışmış, vətəndaşların rifah halının yaxşılaşdırılması, onların müraciətlərinə həssas yanaşılması və mövcud problemlərin operativ həlli istiqamətində görülən işlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır. Bildirmişdir ki, dövlət başçısının rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində kənd və qəsəbələrdə mühüm infrastruktur layihələri icra olunur, əhalinin həyat şəraiti ildən-ilə yaxşılaşdırılır.
Qeyd olunub ki, Hacıqərvənd kəndinin 2865 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 8 ticarət obyekti, 1 tibb obyekti, 1 mədəniyyət evi, 1 körpələr-evi uşaq baxçası, 1 məişət xidməti obyekti, 1 poçt və 14 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 1835 baş iribuynuzlu, 2060 baş xırdabuynuzlu heyvan, 235 arı ailəsi və 10100 baş quş saxlayırlar.
Son üç ildə Hacıqərvənd kəndində 9800 metr sahələrarası su arxları lildən təmizlənib, kənd ərazisinə 200 ədəd müxtəlif növ ağaclar əkilib, kəndarası yolların kənarları alaq otlarından və məişət tullantılarından təmizlənib və kənd ərazisinə internet xətti cəkilib. Kəntdə 1 ədəd suvarma üçün subartezian quyusunun vurulmasına və elektirik xəttinin yenidən qurulmasına ehtiyacı var .
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açan rayon rəhbəri, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotik və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Görüş zamanı həmçinin Hacıqərvənd kəndinin mövcud sosial-iqtisadi vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, kənddə mövcud potensialdan səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafı, sahibkarlığın genişləndirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi vacibdir.
Qəbul zamanı kənd sakinlərindən Əlövsət Yusibov Hacıqərvənd kənd körpələr evi-uşaq baxçasının təmir olunması, Cəmilə Hüseynova ünvanlı sosial yardım almasına köməklik olunması, Bahar Cabbarova qazi övladının mənzillə təmin olunması, Vətən müharibəsi iştrakçısı olan digər övladının isə torpaqla təmin olunması, Kəmalə Həsənova subartezian quyusundan həyətinə su çəkilməsinə köməklik olunması ilə bağlı müraciət ediblər.
Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunmuş, digər müraciətlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq onların icrası nəzarətə götürülmüşdür. Rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmiş, müraciətlərin vaxtında və keyfiyyətlə icrasının təmin olunması tapşırılmışdır.
Sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirmiş, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş







































0772703001 