Naftalanın İcra başçısı gənclərlə görüş keçirib - Fotolar

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov şəhərin fəal gəncləri ilə görüşüb.
Mubarizciler.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə fəal gənclər və tələbələr iştirak edib.
Görüşün əsas məqsədi gənclərin şəhərin ictimai-sosial və mədəni həyatında iştirakının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi və fikir mübadiləsinin aparılması olub.
Şəhər İcra Hakimyyətinin başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın gənclərə olan diqqət və qayğısından, gənclərin daha səmərəli inkişaf etməsi üçün yaradılan şəraitdən söhbət açıb. İcra başçısı şəhərin sosial-mədəni həyatında gənclərin fəal iştirakı, müxtəlif təşəbbüslərlə çıxış etdikləri, təhsil, idman, mədəniyyət və digər sahələrdə qazandıqları uğurları vurğulayıb. Gənclərin ölkənin gələcək inkişafında mühüm rol oynadığını qeyd edərək, onların təşəbbüslərinin dəstəklənməsinin və şəhərin ictimai həyatında fəal iştirakının vacibliyini diqqətə çatdırıb.
İnteraktiv formatda davam edən görüşdə gənclər çıxış edərək fikir və təkliflərini səsləndiriblər. Görüşün səmimi formatda davam etməsi gənclərin öz yaradıcı ideyalarını və təkliflərini rahat şəkildə ifadə etməsinə şərait yaradıb.
Görüşdə gənclərin təhsilə, elmə, idmana və ictimai fəaliyyətə marağının artırılması, onların liderlik bacarıqlarının inkişaf etdirilməsi, sağlam həyat tərzinin təşviqi və könüllülük fəaliyyətinin genişləndirilməsi barədə də müzakirələr aparılmışdır.
Sonda xatirə şəkili çəkilib.



Xəbəri paylaş







































0772703001 