Xəbər lenti

2 Fevral – Azərbaycan Gəncləri Günü Ağstafada qeyd olunub Fotolar

Tarix: 02-02-2026 19:31     Baxış: 1 078

Gənclər Günü münasibəti ilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov rayonun fəal gəncləri ilə dəyirmi masada görüşüb, rayonun sosial-iqtisadi inkişafı, mədəni-ictimai məsələlərinə dair onların fikirlərini öyrənib, təklif və müraciətlərini qəbul edib. 

Mubarizciler.az xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

RİH başçısı diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi gənclərin dövlət və cəmiyyət həyatında rolunun strateji əhəmiyyət daşıdığını bir daha təsdiqləyib. Tədbirdə Poylu kənd tam orta məktəbin müəllimi Qocayeva Gülnar Knyaz qızı, fəal gənclər - Yolçuyeva Səma Pərviz qızı, Həsənli Həmid Vüqar oğlu, Hüseynli Zəhra Xaliq qızı, Mahmudova Şahnaz Mircamalovna qızı, Məmmədova Nurgün Çingiz qızı çıxış edərək ölkəmizin bütün sahələrində əldə olunan yüksək nəaliyyətlərə və gənclərin inkişafı, səmərəli fəaliyyətləri  üçün yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyev və Birinci vitse Prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar