Xəbər lenti
26-09-2026, 12:29
 

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı Fotolar + Video

Tarix: 01-10-2026 17:27     Baxış: 476

“Euronews” telekanalı Bakı Təhlükəsizlik Forumundan reportaj hazırlayıb və tədbirdən eksklüziv kadrlar yayımlayıb.

Mubarizciler.az xəbər verir ki, reportajda Bakı Təhlükəsizlik Forumunun terrorizmlə mübarizə və daha geniş beynəlxalq əməkdaşlığı müzakirə etmək üçün müxtəlif ölkələrin təhlükəsizlik və kəşfiyyat rəsmilərini bir araya gətirdiyi qeyd olunub.

Bildirilib ki, zaman keçdikcə təhlükəsizlik təhdidləri milli sərhədləri aşır və bu da terrorizm, kiberhücumlar və digər çağırışlarla mübarizədə beynəlxalq əməkdaşlığı daha da vacib edir:

“Bakı Təhlükəsizlik Forumu daha sıx əməkdaşlığın bu təhdidlərlə necə mübarizə apara biləcəyini müzakirə etmək üçün müxtəlif ölkələrin təhlükəsizlik və kəşfiyyat rəsmilərini bir araya gətirdi. İştirakçılar terrorizmlə mübarizə, kibertəhlükələr və terror şəbəkələrinin texnologiyalardan necə istifadə etməsini və sərhədlərarası necə fəaliyyət göstərməsini müzakirə ediblər”. 

Bununla yanaşı, reportajda Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyi, qarşılıqlı etimadı və əməkdaşlığı əsas prioritetlər kimi önə çəkdiyi vurğulanıb. 

Qeyd edək ki, Bakı Təhlükəsizlik Forumu təhlükəsizlik və kəşfiyyat orqanlarının toplaşdığı ən böyük qlobal platformaya çevrilib.


















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar