Xəbər lenti

Nazir Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Tarix: 29-09-2026 17:16     Baxış: 1 316

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 7-də Şəki rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Mubarizciler.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək qəbulda Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı oktyabrın 6-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı oktyabrın 7-də 08:00-da DİN Daxili Qoşunların Şəki şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar