Goranboyda “5 oktyabr–Beynəlxalq Müəllimlər Günü” ilə bağlı tədbir keçirildi Fotolar

Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə, “5 oktyabr–Beynəlxalq Müəllimlər Günü ” ilə bağlı tədbir keçirildi.
Mubarizciler.az xəbər ki, Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Pərvanə İsmayılova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun məsul şəxsləri, təhsildə fərqlənən bir qrup müəllimlər, Şəhid ailələri və Qazilərin iştirak etdiyi tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin Goranboy şəhərində ucaldılmış abidəsini önünə gül dəstələri qoyularaq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edildi.
Goranboy rayon Olimpiya İdman Kompleksində davam edən tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, onların cəmiyyətin inkişafında, gənc nəslin savadlı, vətənpərvər və layiqli vətəndaş kimi yetişdirilməsində mühüm rol oynadığını qeyd etdi.
Rayon rəhbəri çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına, müəllim əməyinin yüksək qiymətləndirilməsinə və təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılmasına daim xüsusi diqqət yetirdiyini vurğuladı. Bildirdi ki, Heydər Əliyevin müəyyən etdiyi və ölkənin inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edən təhsil siyasəti bu gün də uğurla davam etdirilir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir təhsil infrastrukturunun yaradılması və müəllimlərin fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində respublikanın müxtəlif bölgələrində yeni məktəb binaları inşa olunur, mövcud məktəblər əsaslı təmir edilir, təhsil müəssisələrinin müasir avadanlıqlarla təminatı yaxşılaşdırılır.
Birinci vitse-prezident Mehriban Əliyevanın da təhsil sahəsinə xüsusi diqqət göstərdiyini qeyd edərək, onun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə məktəb tikintisi, təhsil müəssisələrinin yenilənməsi və uşaqlar üçün daha əlverişli təhsil mühitinin yaradılması istiqamətində mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırdı.
Çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Pərvanə İsmayılova müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, təhsil işçilərinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolundan danışıb. O, müəllim əməyinin daim yüksək qiymətləndirilməsinin, təhsil işçilərinin hüquq və mənafelərinin qorunmasının və onların sosial rifahının diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.
Pərvanə İsmayılova müəllimlərin peşə fəaliyyətində göstərdikləri fədakarlıq və məsuliyyətin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, təhsil işçilərinə göstərilən dövlət qayğısının onların fəaliyyətinə mühüm stimul verdiyini bildirdi. O, müəllimləri 5 oktyabr–Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzuladı.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxış edərək müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onların təhsil prosesində, şagirdlərin bilik və bacarıqlarının inkişafında, eləcə də milli-mənəvi dəyərlərin gənc nəslə aşılanmasında mühüm xidmətlər göstərdiklərini bildirdi.
Tədbirdə çıxış edən digər natiqlər də müəllimləri 5 oktyabr–Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək, onların məsuliyyətli və şərəfli fəaliyyətindən söz açdılar
Tədbirin sonunda rayonun təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyət göstərən, yüksək peşəkarlığı və əldə etdikləri nailiyyətlərlə fərqlənən müəllimlərə Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı və hədiyyələr təqdim olundu.

Xəbəri paylaş







































0772703001 