Goranboyda Prokurorluq işçilərinin Peşə bayramı qeyd edildi Fotolar

Goranboy Rayon İcra Hakimiyyətinin başçısının, rayonun digər rəhbər şəxslərinin, rayon Prokurorluğunun əməkdaşlarının və bir qrup rayon fəalının iştirakı ilə Prokurorluq işçilərinin Peşə bayramına həsr olunmuş tədbir keçirildi.
Mubarizciler.az xəbər verir ki, Tədbir iştirakçıları əvvəlcə Goranboy şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra tədbir rayon Prokurorluğunun inzibati binasında davam etdirilən tədbiri giriş sözü ilə açan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev prokurorluq orqanlarının ölkəmizdə qanunun aliliyinin, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunmasında mühüm rolundan bəhs etdi.
Rayon rəhbəri çıxışında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan müasir hüquqi və institusional islahatların prokurorluq orqanlarının fəaliyyətinə verdiyi töhfələrdən söz açdı.
Prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edən İcra başçısı, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzuladı.
Sonda rayon Prokurorluğunun bir qrup əməkdaşı rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edildilər.

Xəbəri paylaş







































0772703001 