Xəbər lenti

Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinə cinayət işi açıldı

Tarix: 19-01-2026 15:15     Baxış: 910

Sumqayıt şəhərində fəaliyyət göstərən “Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi başlanılıb.

Mubarizciler.az Oxu.az-a istinadən xəbər verir ki, reabilitasiya mərkəzi barədə araşdırma aparılıb.

Şikayət əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı reabilitasiya mərkəzində qanunsuzluqlar aşkar edilib.

Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, adıçəkilən reabilitasiya mərkəzi bir müddət öncə Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. N.Nəbizadə bir neçə gün öncə mərkəzi tərk edib.

Xatırladaq ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi narkotik asılılığından əziyyət çəkən jurnalistlər - Nəsimi Nəbizadə və Ceyhun Əsgərovun görüntülərini paylaşmış, lakin bu, cəmiyyətdə birmənalı qarşılanmamışdı. Mövzu ilə bağlı saytımızda da yazı dərc edilmişdi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar