Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Goranboy rayonu 2026-cı il üçün Azərbaycanın “Gənclər Paytaxtı” seçilib Foto

Tarix: 16-01-2026 16:21     Baxış: 1 694

2026-cı il üçün  Azərbaycanın “Gənclər Paytaxtı” seçilmiş Goranboy rayonunun rəsmi loqo və maskotu təqdim olunub.

Mubarizciler.az xəbər verir ki, 2024-cü il dekabrın 16-da Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında   Goranboy 2026-cı il üçün “Gənclər Paytaxtı” seçilmişdi. Bununla bağlı, Goranboy rayonunun rəsmi loqo və maskotu təqdim olunub. Loqonun əsas elementi olan “G” hərfi həm Goranboyu, həm də gəncliyi simvolizə edir. Loqonun yuxarı hissəsində yer alan alov Goranboy adının mənşəyinə “gor (qor)” (od, odlar yurdu) anlayışına istinad edir və enerji ilə dinamizmi ifadə edir. Aşağı hissədəki çay və təbiət elementləri isə rayonun zəngin təbii irsini və davamlı inkişaf ideyasını əks etdirir. Bu elementlərin vəhdəti “G” hərfi daxilində gənc obrazının formalaşmasına imkan yaradır.  2026-cı ilin “Gənclər Paytaxtı”nın maskotu olaraq su elementini simvolizə edən obraz seçilib. Bu seçim Goranboy rayonunun ərazisindən keçən çayların və ümumilikdə su ehtiyatlarının bölgənin təbii, sosial və mədəni həyatında mühüm rol oynaması ilə əlaqədardır. Su maskotu həyatın mənbəyini, təmizliyi, saflığı və davamlı inkişafı ifadə etməklə yanaşı, gəncliyin daim yenilənən, hərəkətdə olan və gələcəyə doğru inkişaf edən enerjisinin rəmzi kimi təqdim olunur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar