Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Goranboyda təltif edilənlər sırasında bələdiyyə sədri də var Fotolar

Tarix: 12-01-2026 00:17     Baxış: 2 359

Təltif edilənlər sırasında bələdiyyə sədri də var.

Xəbər verdiyimiz kimi, bu günlərdə Goranboy şəhərində RİH Başçısının illik hesabat iclası keçirilib. 

Mubarizciler.az xəbər verir ki, toplanıtda  “2025-ci ildə rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələr barədə” Goranboy RİH Başçısının keçirilən illik hesabat iclasında Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov, RİH Başçısı yanında Şuranın üzvləri, o cümlədən hüquq mühafizə orqanlarının və rayonun xidmət sahələrinin rəhbərləri, RİH yanında İctimai Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak ediblər.

İclasın sonunda, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən şəxslərə və xidməti fəaliyyətlərinin yerinə yetirilməsində müsbət nəticələr göstərən bir qrup əməkdaşlara rayon İcra Hakimiyyəti Başçısının “Fəxri Fərman”ları təqdim edilib.

“Fəxri Fərman” alan şəxslər sırasında rayonun Düzqışlaq bələdiyyəsinin sədri Mətin Papırlı  da var. Sədr bələdiyyə sahəsindəki səmərəli fəaliyyətinə görə “Fəxri Fərman”la təltif edilib.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar