Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Bərdə Polisi əməliyyat keçirdib saxlanılanlar var Fotolar

Tarix: 08-01-2026 16:11     Baxış: 1 029

Polis silah alveri ilə məşğul olan şəxsləri ifşa edib.

Mubarizciler.az xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahların əldə edilməsi və satışı ilə məşğul olan iki nəfər saxlanılıb.

Tədbirlərlə müəyyən edilib ki, Ağcabədi rayon sakini 25 yaşlı Sahil Kərimzadə və onunla qabaqcadan əlbir olan həmyerlisi 27 yaşlı İntiqam Rüstəmov qanunsuz odlu silahların satışını təşkil ediblər. Qrup üzvlərindən biri, S.Kərimzadə, Bərdə rayonu ərazisində idarə etdiyi avtomobillə hərəkətdə olarkən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı yük yerindən pul müqabilində satmaq üçün gətirdiyi 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara aid 2 ədəd patron darağı və 60 ədəd patron aşkar olunaraq götürülüb. Tədbirin davamı olaraq odlu silah-sursatı qanunsuz şəkildə əldə edərək saxlayan İ.Rüstəmov da Xocavənd rayonu ərazisində saxlanılaraq Bərdə RPŞ-yə gətirilib. Onlardan ümumilikdə 4 ədəd “Kalaşnikov” avtomatı, 4 patron darağı və 60 ədəd patron götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar