Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Goranboy Polisi məktəblilərin qonağı olub Fotolar

Tarix: 31-12-2025 11:35     Baxış: 1 407

Zərərli vərdişlərə yox, sağlam sabaha bəli! 

Goranboy Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Rəhimli kənd tam orta məktəbində narkomaniya mövzusunda maarifləndirici tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, çıxış edən Goranboy RPŞ-nin rəisi polis polkovniki Məmməd Hüseynov narkotik vasitələrin insan sağlamlığına, xüsusilə gənclərin fiziki və mənəvi inkişafına vurduğu ciddi zərərlərdən danışıb.

 O, narkomaniyanın ağır sosial fəsadlara səbəb olduğunu qeyd edərək, bu kimi halların qarşısının alınmasında maarifləndirmə işlərinin mühüm rol oynadığını vurğulayıb.

 Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Gənclər sağlam həyat tərzinə üstünlük verməyə, zərərli vərdişlərdən uzaq durmağa çağırılıb.

 Tədbirin sonunda şagirdlərin mövzu ilə bağlı ünvanladıqları suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və maarifləndirici tövsiyələr verilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar