Xəbər lenti

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bayram təbriki ünvanlayıb

Tarix: 30-12-2025 17:43     Baxış: 595

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin bayram təbriki.


Əziz kəlbəcərlilər!


Artıq 2025-ci ilin son günlərini yaşayırıq, qarşıdan isə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı gəlir. Əlamətdar bayramlar münasibətilə əlli milyondan çox azərbaycanlılarımızı, rayonumuzun bütün sakinlərini səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, uzun ömür, xoşbəxtliklə zəngin, bol ruzili il olmasını arzu edirəm.

Hər yeni il ərəfəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük çoşqu ilə qeyd edirlər. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki sarsılmaz Vətən sevgisini, milli köklərinə bağlılığı, harada olmaqlarından asılı olmayaraq ürəklərinin Azərbaycanla döyünməsini özündə əks  etdirir.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması haqqında qərarın qəbul edilməsi, daha sonra bu bayramın bütün respublika ərazisində qeyd edilməsi dünya azərbaycanlılarının ümummilli ideya və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesinə təkan verdi.

Geridə qoyduğumuz 2025-ci il xalqımız, ölkəmiz üçün uğurlu və məhsuldar bir il olaraq yadda qalmışdır.2025-ci il hər bir kərbəcəli üçün xüsusi əhəmiyyət daşıyan bir il oldu,  avqust ayının 21-də  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdü.Bu kəlbəcərlilərin otuz ildən çox gözlədikləri arzularının, dualarının reallaşdığı gün idi.

Əziz kəlbəcərlilər!

Əminəm ki, kəlbəcərlilər həmişə olduğu kimi bundan sonra da ölkəmizin və rayonumuzun ictimai-siyasi həyatında fəal rol oynayacaq, milli həmrəylik və birliyimizin möhkəmlənməsinə əməli fəaliyyətləri ilə yeni töhfələr verəcək, Qarabağımızın, Kəlbəcərimizin memarı və qurucusu olan Möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyəcəkdir. 2026-ci il  Dövlətimizin Başçısının rəhbərliyi ilə rayonumuzda quruculuq, abadlıq, tərəqqi ili olacaq.

Əziz kəlbəcərlilər. Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramları münasibəti ilə bir daha  ürəkdən təbrik edir, sizə möhkəm can sağlığı, xoşbəxt həyat, dövlətimizə, xalqımıza sülh və əmin-amanlıq arzu edirəm.

Bayramımız mübarək!


Hörmətlə,

Azər Qocayev 

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar