Xəbər lenti

Anar Məmmədov Tərtərdə şəhid ailəsini ziyarət edib Fotolar

Tarix: 29-12-2025 17:04     Baxış: 1 428

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Kəngərli kəndində 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhid İntiqam Mənsimlinin ailəsini ziyarət edərək, onların qayğıları ilə maraqlanıb.

Mubarizciler.az xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib, onun xatirəsi ehtiramla yad olunub. Anar Məmmədov şəhid ailələrinə dövlət qayğısının hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb.

Şəhidimizin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Mənsimli İntiqam İlyas oğlu 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Doğulub boya-başa çatdığı kənddə şəhidin adı əbədiləşdirilərək adına bulaq inşa edilib.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar