Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Şirvan Polisi məktəblilərin qonağı olub Foto

Tarix: 29-12-2025 16:58     Baxış: 1 211

Narkotiksiz gələcək üçün birlikdə mübarizə aparaq!

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 11 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Seymur Əfəndiyev, eləcə də digər iştirakçılar sağlam gələcək naminə hər bir şəxsin narkomaniyaya qarşı qəti mövqe nümayiş etdirməli olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, bu bəladan qorunmağın ən güclü yolu gənclər arasında sağlam həyat tərzinin təbliğatı və maarifləndirmə işləridir. Buna görə də “ağ ölümə” biganə qalmamalı, sağlam gələcək naminə narkomaniyaya “yox” deməliyik. 

Görüşün sonunda narkomaniyanın fəsadlarından bəhs edən film nümayiş etdirilib və iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar