Xəbər lenti

Goranboylu sahibkar Günay Mustafayeva “Güc biznesdədir” devizi altında keçirilən “Dayaq” mükafatına layiq görülüb Fotolar

Tarix: 29-12-2025 11:14     Baxış: 1 911

Goranboylu sahibkar Günay Mustafayeva İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Güc biznesdədir” devizi altında keçirilən “Dayaq” mükafatına layiq görülüb.

Mubarizciler.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Güc biznesdədir” devizi altında keçirilən mərasimdə 2025-ci il üzrə uğur qazanmış 17 sahibkarlıq subyektinə təqdim olunan “Dayaq” mükafatına layiq görülənlər arasında Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü, Medlife Hospitalın direktoru Günay Mustafayeva da var.

  Günay Mustafayevanın rəhbərliyi ilə Goranboy şəhərində fəaliyyətə hazır olan Medlife Hospital bölgədə səhiyyə sahəsində mühüm layihələrdən biridir. 2023-cü ilin mart ayında tikintisinə başlanılan hospitalın inşasına ümumilikdə 15 milyon manat vəsait xərclənmiş, müəssisə ən müasir və yüksək keyfiyyətli tibbi avadanlıqlarla təchiz edilmişdir. 98 çarpayılıq hospitalda ambulator, stasionar, cərrahiyyə, doğuş və təcili yardım şöbələri fəaliyyət göstərəcək. Ambulator şöbədə ginekologiya, travmatologiya, LOR, oftalmologiya, bütün laborator müayinələr, ultrasəs və radiologiya xidmətləri göstəriləcək. Layihə çərçivəsində 200-dən çox şəxsin işlə təmin edilməsi nəzərdə tutulur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar