Xəbər lenti

Qazax Polisinin təşkilatçılığı ilə “Narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib Fotolar

Tarix: 29-12-2025 11:07     Baxış: 1 127

Gəncliyin Gələcəyi Üçün: Zərərli Vərdişlərə Yox Deyək!

Mubarizciler.az xəbər verir ki, Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə BDU-nun Qazax rayon filialının və Qazax Sosial-İqtisadi Kollecinin tələbələrinin iştirakı ilə Qazax Gənclər Mərkəzində “Narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin yaratdığı ağır fəsadlar barədə məlumatlılığın artırılması, həmçinin erkən nikah və dini radikalizmin cəmiyyət üçün doğurduğu təhlükələrə diqqətin yönəldilməsi olub. Tədbirdə çıxış edən polis əməkdaşları narkomaniyanın insan sağlamlığına, ailə dəyərlərinə və cəmiyyətin təhlükəsizliyinə vurduğu zərərlərdən ətraflı bəhs ediblər. Eyni zamanda erkən nikahın gənclərin təhsilinə və gələcək həyatına mənfi təsirləri, dini radikalizmin isə ictimai sabitlik üçün yaratdığı risklər tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Polis əməkdaşları gəncləri zərərli vərdişlərdən uzaq durmağa, asudə vaxtlarını faydalı fəaliyyətlərlə dəyərləndirməyə və qanunlara hörmətlə yanaşmağa çağırıblar. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar