Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Daşkəsən Polisi məktəblilərin qonağı olub Fotolar

Tarix: 26-12-2025 16:16     Baxış: 1 022

“Narkomaniyaya Yox Deyək!”

Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 3 saylı tam orta məktəbində narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ əməkdaşları narkotik vasitələrin insan sağlamlığına, ailəyə və cəmiyyətə vurduğu ağır fəsadlardan bəhs edərək, gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar.

Bildirilib ki, narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda valideynlərin, müəllimlərin və bütövlükdə cəmiyyətin birgə məsuliyyətidir. Görüş zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği və narkotik vasitələrə qarşı düzgün mövqenin formalaşdırılması olub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar