Xəbər lenti

Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun doğum günü qeyd olunub Fotolar

Tarix: 26-12-2025 16:10     Baxış: 2 772

Dekabırın 26-da Tərtər şəhərində Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun doğum günü münasibəti ilə abidəsinin önündə tədbir keçirilib.  Mubarizciler.az xəbər verir ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, qəhramanının döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları qəhrəmanın abidəsi önünə tər gül-çiçək dəstələri düzərək xatirəsini bir dəqiqəlik sukutla anıblar.

Qeyd edək ki, Vəzir Orucov 1956-cı il dekabr ayında rayonun Xoruzlu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuş, bir il sonra hərbi xidmətə çağırılmış, hərbi xidmətdən sonra təhsilini davam etdirmişdir. 1982-ci ildən 1992-ci ilə qədər Rusiyanın Arxangelsk vilayətində yaşamışdır. Dağlıq Qarabağ hadisələri başlayan zaman Vəzir Azərbaycana qayıdır, Tərtər Özünümüdafiə Batalyonuna daxil olur. 1992-ci ilin sentyabrında Çıldıran kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanır. 1993-cü il yanvarın axırında o, tam sağalmasa da yenidən cəbhəyə qayıdır. Ağdərədə gedən döyüşlərdə cəsurluq göstərmiş, qorxmazlığı ilə döyüş yoldaşlarına nümunə olmuşdur. Vəzir Orucov 1993-cü il martın 22-də Ağdərə bölgəsinin “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Ölümündən 2 gün sonra 24 mart tarixdə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidin məzarı Bakıda Şəhidlər Xiyabanındadır. Vəzir Orucov döyüşçülərin mənəvi silahı idi.

Tədbirdə iştirak edənlər  şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar