Xəbər lenti

Goranboyda "İlham Əliyev - Müasir Lider, Suveren Azərbaycan" mövzusunda tədbir keçirildi Fotolar

Tarix: 24-12-2025 17:52     Baxış: 1 533

Goranboyda Goranboy RİH və YAP Goranboy rayon təşkilatının təşkilatçılığı ilə rayon Olimpiya İdman Kompleksində  "İlham Əliyev - Müasir Lider, Suveren Azərbaycan" mövzusunda tədbir keçirildi.  

Mubarizciler.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, YAP rayon təşkilatının sədri Samir Qocayev, partiya fəalları, gənclər və bir qrup Vətən müharibəsi qaziləri iştirak etdilər. 

Tədbirdən əvvəl rayon Olimpiya İdman Kompleksinin həyətində keçirilən ağacəkmə akaiyasında 100 ədəd müxtəlif növdə Şam ağacları əkildi. Çıxışlarda  Prezident İlham Əliyevin, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın quruculuq və intibah salnaməsinə misilsiz uğurlar yazan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə tarixinin ən qüdrətli mərhələsinə çatdıran, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda gördüyü işlərdən geniş söhbət açıldı.Səmimi keçən görüşdə gənclər, Vətən müharibəsi qaziləri, Şəhid anası Nailə Namazova Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin fəaliyyətinə nəzər yetirərək bildirdilər ki, məhz onun dövründə yetişən gənclik, Müzəffər Ordu dünya tarixində ilkə imza ataraq 44 gün və 24 saat müddətində 30 illik işğala son qoyaraq suverenliyimizi bərpa etdi. Hazırda cənab İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış proqramının 1-ci mərhələsi uğurla icra edilir.Sonda bir qrup Vətən müharibəsi qaziləri partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə Təşəkkürnamə ilə təltif olunmuş, YAP sıralarına yeni qəbul olmuş şəxslərə üzvlük vəsiqələri təqdim edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar