Xəbər lenti

500 ailəlik Xocavənd qəsəbəsində vətəndaşların müraciətləri dinlənilib Fotolar

Tarix: 24-12-2025 17:24     Baxış: 1 008

24 dekabr 2025-ci il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun səyyar qəbulu keçirilib.  

Mubarizciler.az xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək rayon ictimaiyyəti adından ölkə başçısı, Müzəfffər Ali Baş Komandan cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edib və xoş arzularını bildirb. Fenomenal liderlik və strateji qərarvermə bacarığı sayəsində ölkəmizi sülh və sabitlik məkanına çevirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünya siyasi arenasında qətiyyətli addımlarla irəliləyən, yüksək nüfuza və söz sahibinə çevrilmiş daha güclü Azərbaycan naminə apardığı müdrik siyasətdən danışıb.  Başçı ölkə başçısının qətiyyətli, müdrik, uzaqgörən, məqsədyönlü siyasətinin, gərgin əməyinin, zəngin diplomatik görüşlərinin, nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrin, Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasına daxil edilməsinin nəticəsində 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması missiyasını və ata vəsiyyətini yerinə yetirdiyini diqqətə çatdırıb. “Dəmir yumruq” əməliyyatı ilə Şanlı Zəfərə imzasını atan qüdrətli liderin qələbədən sonra eyni əzmlə çalışdığını, Azərbaycanın daha da inkişafı üçün yeni layihələr həyata keçirdiyini qeyd edib. Son 22 ildə xalqın etimadına və inamına arxalanaraq əldə etdiyi bütün uğurlarla Azərbaycanı regionun lider dövlətinə çevirən cənab Prezidentin ətrafında Azərbaycan xalqının bundan sonra da sıx birləşəcəyini, sonsuz etimad, inam, dəstək nümayiş etdirəcəyini bildirib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar