Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

“Sağlam seçim təhlükəsiz gələcəkdir” – Qubada maarifləndirici tədbir keçirilib Fotolar

Tarix: 24-12-2025 12:38     Baxış: 917

Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyev Vəlvələ kənd tam orta məktəbində müəllim və şagird kollektivi ilə görüşüb. 

Mubarizciler.az xəbər verir ki, görüş gənclərin maarifləndirilməsi məqsədi daşıyıb və cəmiyyətdə aktual olan bir sıra mövzulara həsr olunub.

Tədbirdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin və istifadəsinin ağır hüquqi məsuliyyət yaratdığı, eyni zamanda gənclərin sağlamlığına və sosial həyatına ciddi təhlükə olduğu vurğulanıb, bu cür hallardan uzaq durmağın vacibliyi şagirdlərin diqqətinə çatdırılıb. Erkən nikahın qanunvericilik baxımından yolverilməz olduğu qeyd edilib, bunun təhsilə və gənclərin gələcək həyatına mənfi təsirləri izah olunub. Polis rəisi çıxışında gənclərin düzgün həyat yolu seçməsinin vacibliyini vurğulayaraq, onları məsuliyyətli qərarlar verməyə çağırıb. Eyni zamanda Polis Akademiyasına qəbul qaydaları, polis peşəsinin xüsusiyyətləri və əhəmiyyəti barədə məlumat verilib.

Görüş interaktiv şəkildə keçib, şagirdlərin sualları cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar