Yeni il ərəfəsində Ağstafalı şəhidlərimizin övladları ilə növbəti görüş keçirilib Fotolar

Seymur Orucov qarşıdan gələn yeni il ərəfəsində ağstafalı şəhidlərimizin övladları ilə növbəti görüşünü keçirib.
Mubarizciler.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyəti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının birgə təşkilatçılığı ilə Ağstafa şəhərində təşkil olunan görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhidlərimizin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
RİH başçısı şəhidlərimizin ailə üzvlərini qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı münasibəti ilə təbrik edərək qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti, şəhidlərimizin qəhrəmanlığı sayəsində Vətənimiz tarixi azadlığına və suverenliyinə qovuşdu. Bu müqəddəs yolda şəhadətə qovuşan şəhidlərimizin Vətən sevgisi, xalqımıza bəxş etdikləri qürur və iftixar hissləri əbədi olaraq qalblərdə alovlanacaqdır. Vətənimizi, torpaqlarımızı azad edərkən şəhid olan igid oğullarımızın bizə əmanət etdikləri övladları və hər bir ailə üzvü qüdrətli dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı ilə əhatə olunur.
Tədbirə təşrif buyuran Yeni il bayramının əsas qəhrəmanı Şaxta baba uşaqları təbrik edərək hər birinə bayram hədiyyəsi təqdim edib. Uşaqlarla xatirə şəkilləri çəkdirilib.

Xəbəri paylaş








































0772703001 