Xəbər lenti

Müstəqim Məmmədov vətəndaşları qəbul edib Fotolar

Tarix: 23-12-2025 15:00     Baxış: 875

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşların qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, qəbul zamanı şəhid ailələri və qazilər növbədənkənar qaydada qəbul edilib, onların müraciətlərinə xüsusi həssaslıq göstərilib.

Vətəndaşlar əsasən maddi yardımın göstərilməsi, işlə təmin olunma, həyətyanı və sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması, qaz xəttinin yerinin dəyişdirilməsi, pay torpaq sahəsinin zəbt olunması və digər məsələlərlə bağlı müraciətlər ediblər. İcra başçısı tərəfindən vətəndaşların müraciətləri diqqətlə dinlənilib, səlahiyyət çərçivəsində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, digər müraciətlərlə bağlı isə müvafiq izahatlar təqdim olunub. Qəbulun sonunda vətəndaş məmnunluğu təmin edilib. Rayon sakinləri ölkədə həyata keçirilən islahatlara, əhalinin sosial rifahının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar