Xəbər lenti

Vüqar Novruzov Şəhid Samir Məmmədovun anasını evində ziyarət edib, onun qayğıları ilə maraqlanıb Fotolar

Tarix: 22-12-2025 22:39     Baxış: 1 022

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Göygöldə ehtiramla anılır.

Mubarizciler.az xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Vətən müharibəsində şəhid olan Samir Məmmədovun anasını evində ziyarət edib, onun qayğıları ilə maraqlanıb. 

Görüş zamanı Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə həyatını qurban verən Vətən övladlarının şücaətindən, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından söz açılıb. Dünya hərb tarixində misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhadətə ucalan igidlərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd edilib.  Şəhidin anası Laləzər Məmmədova oğlu ilə bağlı xatirələrini bölüşərək, Möhtərəm Prezident cənab İlham Əliyevə şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə sonsuz minnətdarlığını ifadə edib. Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə 12 oktyabr 2020-ci ildə şəhid olan Samir Məmmədov Göygöl Şəhidlər Xiyabanında dəfn edilib.

 Dövlət başçısının imzaladığı sərəncamlarla ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid Samir Məmmədov evli idi, 2 övladı var.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar