Nicat Şirinov: İnamlı addımların və uğurlu qərarların əsasında duran təhsil

1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bunlar bir ömrün dünənlərinin işığıdı. Elə bir işıq ki, təkcə Azəbaycanda deyil, Azərbaycanla siyasi, iqtisadi, mədəni əlaqələri olan bütün dövlətlərdə həmişə sevgilərlə yada düşür. Tarix belə yada düşmələrə ehtiram deyir...Böyük tarixi şəxsiyyət Heydər Əliyev İlham Əliyevin siyasi baxımdan mətinliyini, dürüstlüyünü, dövlətə, dövlətçiliyə sədaqətini, təfəkkürünü, azərbaycançılığa sədaqətini yüksək dəyərləndirirdi, ona özü qədər inandığını da demişdi. Bu fikir siyasi (və dövlətçilik!) mesajı idi və Azərbaycan naminə deyilmişdi. 2003-cü ildə prezident seçkilərində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü, 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Xalq bu seçkidə inandığı, sevdiyi böyük tarixi şəxsiyyətin seçiminə böyük ehtiramla iştirak etdi.İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Seçkilərdə seçicilərin 76 faizdən çoxunun, 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə 88,73 faizinin, 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə 84,54 faizinin, 2018-ci il aprelin 11-də seçicilərin 86,02 faizinin səsini qazandı. 2024-cü il seçkiləri də tarixi şəxsiyyətə - Azərbaycana, Azərbaycan dövlətinə, Azərbaycan dövtçiliynə tarixi sədaqətə ehtiramın təzahürü oldu...Cənab İlham Əliyev 2024-cü il fevralın 14-də demişdi: “Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
Xalq Prezidentinə inanıb, indi də inanır, Prezident xalqına güvənib, indi də güvənir. Bu tezisi cənab Prezidentin bir kəlamı da təsdiqləyir: “Biz birlikdə güclüyük!”.
Nicat Şirinov: İctimiai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təçkilatçısı.
Xəbəri paylaş







































0772703001 