Xəbər lenti

Vilayət Eyvazov sıra baxşı keçirdib Fotolar + Video

Tarix: 22-12-2025 20:22     Baxış: 1 050

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 22-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Mubarizciler.az xəbər verir ki, Bakıda keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 120 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan da 13 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il ərzində respublikanın şəhər və rayonlarında ümumilikdə 21 sıra baxışı keçirilib.

Xidmətə qəbul üçün Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət edərək sıra baxışlarında iştirak etmiş gənclərdən 4392 nəfər seçim turunun növbəti mərhələlərinə buraxılıb ki, onlardan da 435 nəfəri Vətən müharibəsi iştirakçısıdır.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar