İcra başçısı şəhid anası Raya Səfərovanı 75 illik yubileyi münasibəti ilə təbrik edib Fotolar

İcra başçısı “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid anası Raya Səfərovanı 75 illik yubileyi münasibəti ilə təbrik edib.
Mubarizciler.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Tərtər rayonunun Xoruzlu kəndində Birinci Qarabağ müharibəsi şəhidi Səfərov Hafiz Xosrov oğlunun anası Səfərova Raya İsa qızını 75 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib. O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib. Qeyd edək ki, Səfərov Hafiz Xosrov oğlu 1970-ci il may ayının 13-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Həmin kəndin orta məktəbini bitirib. 1988-ci ilin may ayından 1990-cı ilin may ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra öz kəndlərində kolxozda işləyirdi. Erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün 1992-ci ilin avqust ayında təkrar hərbi xidmət etmək üçün Milli Ordu sıralarına gedib. Ağdərə ərazisində döyüşlərdə iştirak edib. Erməni işğalçılarından doğma torpaqlarımızın təmizlənməsi uğrunda gedən döyüşlər zamanı 1992-ci il sentyabr ayının 1-də keçmiş Ağdərə rayonunun Çıldıran kəndində şəhid olub. Subay idi. Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Xəbəri paylaş







































0772703001 