Xəbər lenti
14-12-2025, 18:41
 
13-12-2025, 15:59
 

Polis Xətai və Nərimanov rayonlarında yerləşən təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirib Fotolar

Tarix: 19-12-2025 12:57     Baxış: 903

Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin təşkilatçılığı ilə Xətai rayonu ərazisində yerləşən 138 saylı tam orta məktəbdə və Nərimanov rayonu ərazisində yerləşən Gültəkin Əsgərova adına məktəb-lisey kompleksinin 200 saylı tam orta məktəbində “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib

Mubarizciler.az xəbər verir ki, tədbirlərdə polis əməkdaşları, Bakı şəhəri Narkoloji Mərkəzin norkoloq həkimi, eləcə də Xəzər Universitetinin psixologiya departamentinin, Xəzər Psixoloji Xidmət Mərkəzinin və Peşəkar Psixoloqlar İctimai Birliyinin psixoloqları iştirak ediblər.

Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi polis polkovniki İbrahim İsmayılov çıxış edərək ölkə üzrə bütün təhsil müəssisələrində keçirilən bu tədbirlərin mahiyyətindən danışıb, əsas məqsədin yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların sağlam həyat tərzinə təşviq edilməsi, o cümlədən erkən nikahın fəsadları barədə məlumatlandırılması olduğunu bildirib. Şagirdlərə narkomaniyanın fiziki, psixoloji və ictimai təhlükələri, bu istiqamətdə hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli mübarizə tədbirləri, həmçinin erkən nikahın təhsildən uzaqlaşma və sosial fəsadlara səbəb olması barədə geniş məlumat verilib. Sonda şagirdlərə sağlam təməlləri olan gələcək qurmaları, zərərli vərdişlərdən uzaq olmaları tövsiyə edilib, onları maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar