Xəbər lenti

Vüqar Novruzov şəhid ailəsini ziarət edib Fotolar

Tarix: 18-12-2025 21:14     Baxış: 1 043

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Göygöldə ehtiramla anılır.

Mubarizciler.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Birinci Qarabağ müharibəsində şəhid olan Ramiz Cəfərovun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanılıb. 

Görüş zamanı Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə həyatını qurban verən Vətən övladlarının şücaətindən söz açılıb. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından söz açılıb. Dünya hərb tarixində misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhadətə ucalan igidlərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd edilib. 

Şəhidin anası Xanım Cəfərova oğlu ilə bağlı xatirələrini bölüşərək, Möhtərəm Prezident cənab İlham Əliyevə ailəsinə göstərilən hərtərəfli diqqət və qayğıya görə sonsuz minnətdarlığını ifadə edib.

Subay olan Ramiz Cəfərov Goranboy rayonunun Buzluq kəndi yaxınlığında ağır yaralanaraq aldığı güllə xəsarətləri nəticəsində 6 yanvar 1992-ci ildə şəhid olub. Göygölün Şəhidlər Xiyabanında dəfn edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar