Xəbər lenti
14-12-2025, 18:41
 
13-12-2025, 15:59
 

Müstəqim Məmmədov Alışlar kənd sakinləri ilə görüşüb Fotolar

Tarix: 18-12-2025 15:41     Baxış: 791

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Mubarizciler.az xəbər verir ki,Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Soyulan kənd İƏD üzrə nümayəndəliyin Alışarlı kəndində keçirilib.

Qəbulda Rayon Polis şöbəsinin rəisi Rüfət Məmmədov,  YAP rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Alışarlı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur. Qeyd olunub ki, Alışarlı kəndinin 142 hektar ərazisi, 111 təsərrüfatı, 429 nəfər əhalisi var. Ərazidə 1 ticarət obyekti və 3 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 295 baş iribuynuzlu, 690 baş xırdabuynuzlu heyvan, 1380 baş quş və 9 arı ailəsi saxlayırlar. Son üç ildə Hacıqərvənd kəndində kəndarası yollar 450 metr məsafədə təmir edilib, su arxları 1000 metr məsafədə lildən təmizlənib, kənd ərazisində 370 ədəd müxtəlif növ ağaclar əkilib və kəndarası yolların kənarları alaq otlarından və məişət tullantılarından  təmizlənmişdir. Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib. Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Vaqif İsmayılov Hacallı-Alışarlı avtomobil yolunun asfaltlanması, Gülabə Abbasova oğlunun işlə təmin olunmasına köməklik, Dilşad Orucova həyətyani sahəsində yardımçı tikili tikməsinə icazə verilməsi və digər məsələlər ilə bağlı müraciət ediblər. Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar