Xəbər lenti

Saatlı Polisi şagird və valideynlərlə görüşüb Fotolar

Tarix: 17-12-2025 15:50     Baxış: 854

Gələcəyin kursantları ilə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin inzibati binasında DİN-in Polis Akademiyasında təhsil almaq istəyən yuxarı sinif şagirdləri və valideynləri ilə görüş keçirilib. 

Görüş zamanı çıxış edən RPŞ-nin rəisi polis polkovniki Hikmət Vəliyev şagirdlərə ölkəmizdə sabitliyin və asayişin təmin olunmasında, eləcə də hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədəkar xidməti haqqında ətraflı məlumat verib. 

Sıralarımıza qatılmaq arzusunda olan gənclərə sağlam həyat tərzi keçirmələri, dərslərini yaxşı oxumaları tövsiyə edilib. Həmçinin polisin gündəlik fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb və Polis Akademiyasında yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında onlara geniş məlumatlar verilib, videoçarx nümayiş olunub.

Görüşün sonunda məktəbliləri və valideynləri maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar