Xəbər lenti

Goranboy RİH-də Aparat iclası keçirilib Fotolar

Tarix: 17-12-2025 13:25     Baxış: 1 358

Goranboy rayon İcra Hakimiyyətində Aparat iclası keçirildi.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətində, İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə “Rayon icra hakimiyyəti orqanlarının strukturlarının və ştat vahidlərinin Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş yeni nümunəvi struktura və ştat vahidlərinə uyğunlaşdırılması” ilə bağlı Aparat iclası keçirildi. İcra Başçısı tərəfindən bununla bağlı, müəyyən işlərin icrasının vaxtında təmin edilməsi məqsədilə müvafiq tapşırıq və tövsiyələr verildi. İclasda həmçinin, “Konstitusiya və Suverenlik İli” ilə bağlı keçirilmiş ümumrayon tədbirlərinin illik hesabatının hazırlanması, “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” ərəfəsində  Şəhid övladları ilə görüşün təşkili, RİH Başçısı Aparatının illik hesabat arayışlarının və növbəti il üçün İş və Tədbirlər Planlarının təqdim olunması məsələləri müzakirə edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar